2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 173.2 milyon manatlıq, o cümlədən 25833.9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20339.3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2022-ci ilin yanva-roktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2.2 faiz, qeyri-ərzaq malları üzrə 4.9 faiz artıb.