2025-ci ilin yanvar-oktyabr ayında Azərbaycandan 124 milyon 455 min dollar dəyərində 15 428 ton fındıq ixrac olunub.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
2024-cü ilin 10 ayında isə Azərbaycandan 96 milyon 399 min dollar dəyərində 15 413 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 29% artıb, miqdar ifadəsilə 4% artıb.







