16 C
Baku
Monday, November 17, 2025

10 ayda xaricdən Azərbaycana 95 minə yaxın avtomobil gətirilib – 1.8 milyard dollarlıq idxal

2025-ci ilin yanvar-oktyabr ayında Azərbaycan 1 milyard 793 milyon dollar dəyərində 94 583 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 21%, miqdar ifadəsilə 26% artıb.

O cümlədən, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycana 1 milyard 484 milyon dollar dəyərində 74 723 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin 10 ayında Azərbaycana minik avtomobillərinin idxalı 86 909 ədəd ikən, əvvəlki ildə 66 961 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 30% artıb.

Son xəbərlər
Digər xəbərlər