11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 3 illik (1092 gün) olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az xəbər verir ki, 3 illik dövlət istiqrazlarının orta çəkili gəlirliliyi 8.99% təşkil edib. Bu da sonuncu dəfə 14 mayda baş tutan eyni parametrlər üzrə istiqrazdakı istiqrazlar üzrə göstəricidən xeyli yuxarıdır. Həmin hərracda istiqrazların gəlirliliyi 8.71% təşkil etmişdi.
Sonuncu dəfə 2023-cü ilin iyulun son hərracında üç illik dövlət istiqrazlarının gəlirliliyi 9%-dən yuxarı idi və bu günki nəticə son 10 ayın maksimal göstəricisidir.
BFB-dən bildirilir ki, 28 investor hərracda iştirak edib və 63 sifariş verib. Maliyyə Nazirliyi xəzinəsinə ümumilikdə 70 mln. manat vəsait cəlb edib.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0201070148 |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Buraxılış həcmi | 70,000,000 manat |
Nominal dəyəri | 100 manat |
Minimal qiymət | 92.4831 (9.96%) manat |
Maksimal qiymət | 96.6303 (8.2917%) manat |
Kəsmə qiyməti | 94.2702 (9.23%) manat |
Ortaçəkili qiyməti | 94.8748 (8.9869%) manat |
Reallaşdırılmış həcmi | 70,000,000 manat |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 151,358,300 manat |
İnvestor sayı | 28 |
Sifarişlərin sayı | 63 |
Ödəmə tarixi | 08.06.2027 |
Anderrayter | Paşa Kapital İŞ QSC |