7 C
Baku
Thursday, December 12, 2024

10 bankın əmanətçilərinə 613 mln. manatadək kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan APA-ya verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 936 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 mln. 25 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 23 mln. 82 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 858 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 109 mln. 901 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 110 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 15 mln. 986 min manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 98 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 45 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 341 mln. 712 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 612 mln. 644 min manatdan artıq kompensasiya ödənilib.

Son xəbərlər
Digər xəbərlər