9 C
Baku
Friday, December 13, 2024

10 bankın əmanətçilərinə 667 mln. manatadək kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 745 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 208 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 mln. 688 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 906 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 124 mln. 547 min manatdan artıq kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. manatdan artıq kompensasiya ödənilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 381 mln. 525 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 667 mln. 72 min manatdan artıq kompensasiya ödənilib.

APA

Son xəbərlər
Digər xəbərlər