9 C
Baku
Friday, December 13, 2024

10 bankın əmanətçilərinə 708 mln. manatdan çox kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 862 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 306 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 192 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 21 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 381 min manatdan artıq kompensasiya verilib.
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 218 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 926 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 144 min manatdan artıq kompensasiya ödənilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 147 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 81 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 205 min manatdan artıq kompensasiya ödənilib.
“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 421 mln. 669 min manat artıq kompensasiya ödənişi baş tutub.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 708 mln. 399 min manatdan artıq kompensasiya ödənilib.

APA

Son xəbərlər
Digər xəbərlər