25 C
Baku
Saturday, July 27, 2024

10 dollara insan kirayələmək istəyərdinizmi?

Orta yaşlı kişinin icarəyə götürülməsi Yaponiyada mövcud olan qəribə xidmətlərdən biridir. Bu xidmətdən istifadə edən şəxslər 10 dollar ödəyərək orta yaşlı bir yapon kişini 1 saatlıq icarəyə götürə bilər.

Bu gündoğar ölkədə insanların icarəyə götürülməsi ilə bağlı bir çox qəribə xidmətlər var: gənc yaraşıqlı oğlan və ya qızı evinizə söhbət üçün dəvət etmək mümkündür. İndi isə artıq orta yaşlı yapon kişini də icarəyə götürmək mümkündür. Hələ ki şirkət seçim üçün yalnızca iki variant təklif edə bilir: 46 yaşlı moda və tərz müəllimi Takanobu Nişimoto və keçmiş beysbolçu Mikio Sendu. Hər iki namizəd “maraqlı şəxslərə bənzəyir” və şirkət gələcəkdə variantların sayını artırmağı düşünür. Hələlik isə bu biznes yeni-yeni çiçəklənir.

İcarəyə götürülmüş bu orta yaşlı kişilər sizinlə video oyunu oynaya, maraqlı söhbəti ilə əyləndirə və yaxud ticarət ortağı kimi işləyə bilər. Bundan əlavə onların göstərdiyi başqa xidmətlərdən də istifadə etmək mümkündür.

Saytda sifariş vermək çox asandır: sizə lazım olan yeganə şey seçdiyiniz namizədi öz virtual səbətinizə daxil edib tələb olunan məbləği ödəməkdir.

Son xəbərlər
Digər xəbərlər