12 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

10 hektar əkin sahəsi üçün aqrar sığorta şərti: Payızlıq taxıl sahəsinin – Sığorta haqları və məbəlğlər

Azərbaycanda payızlıq əkinlərin fermerlər tərəfindən bəyan edilməsi prosesinə başlanılıb. Banker.az xəbər verir ki, bu ildən etibarən 7 bitki növü üzrə əkin subsidiyaları əkin sahəsinin aqrar sığorta edilməsi şərti ilə veriləcək. 

10 hektardan artıq buğda və arpa sahələri üzrə subsidiya alınması üçün fermerlər bu sahələri Aqrar Sığorta Fondunda sığorta etdirməlidirlər. 

Bununla onlar əkin sahələrini və yığılacaq məhsulu müxtəlif risklərdən, o cümlədən yanğın, dolu, zərərvericilər, xəstəliklər və 3-cü şəxslərin vurduğu zərərdən qoruya bilərlər. Aqrar sığorta qaydalarına əsasən, fermerlər və sahibkarlar tərəfindən ödənilən sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. 

Nəticədə təqribən 1200 manatlıq məhsul yığılan 1 hektar taxıl sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) aşağıdakı kimidir:

Qarabağ regionu – 10 manat

Şərqi Zəngəzur regionu 10 manat

Şəki-Zaqatalada – 16-17 manat 

Lənkəran–Astara region – 7 manat 

Qazax–Tovuz ərazisi – 24-25 manat

Mərkəzi Aran rayonları – 8 manat 

Quba-Xaçmaz bölgəsi – 7 manat

Mil–Muğan regionunda – 8 manat

Abşeron-Xızı bölgəsində – 7 manat.

Gəncə–Daşkəsən regionunda – 24-25 manat 

Şirvan–Salyan zonasında – 8 manat

Dağlıq Şirvan bölgəsində – 11-12 manat 

Bakıda – 7 manat. 

Xatırladaq ki, prezident İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli fərmanı ilç «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»nda dəyişiklik edilib. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə sözügedən tələb 7 bitkiyə aid olacaq. Bunlar – arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Son xəbərlər
Oxşar xəbərlər
X