15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

10 hektardan artıq sahələrə subsidiyalar aqrar sığorta olunmaqla veriləcək

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. 

Banker.az xəbər verir ki, fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. 

Sözügedən dəyişiklik, ölkənin ərzaq təhükəsizliyində və ixrac yönümlü istehsalda mühüm əhəmiyyət daşıyan məhsullara aid olacaq. Hər il üzrə həmin məhsulların siyahısı Aqrar Subsidiya Şurası tərəfindən müəyyən ediləcək. 

Yeni Fərmanın əhatə etdiyi təsərrüfatların sayının ölkə üzrə ümumi fermerlərin və təsərrüfatların cəminin cüzi qismini təşkil etməsi nəzərdə tutulur. Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da əkin subsidiyasının cüzi hissəsini təşkil edir. Başqa sözlə, bu yenilik fermer və aqrar təsərrüfatlara əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər