Bakıda fəaliyyət göstərən Türkiyə şirkətinin filialı bağlanıb.
Banker.az xəbər verir ki, “Dar Mühəndislik Müşavirlik A.Ş”nın Azərbaycan Respublikası Bakı şəhərində filialı ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1014 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 43, World Business Center, mənzil 17-ci mərtəbə ünvanına bildirə bilərlər.
Bildirək ki, bu şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Wakım Bechara-dır. Türkiyə şirkəti , hər cür mühəndis işləri, tədqiqatlar, dizaynlar, layihələrin idarə edilməsi, tikinti nəzarəti və memarlıq işləri ilə məşğul olur.