10 milyon manatdan çox vəsait ayrıldı: Yevlax-Bərdə elektrik xəttinin inşasına start verilir

“Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti irimiqyaslı tikinti işləri ilə bağlı yeni tender müsabiqəsi elan edib.

Banker.az xəbər verir ki, dövlət şirkəti 110 kV-luq Yevlax-Bərdə Elektrik Veriliş Xəttinin (EVX) tikintisi işlərinin satın alınmasını həyata keçirir.

Satınalma müsabiqəsinin ehtimal olunan qiyməti 10 119 924 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər