“A-Təchizat” MMC iştirakçıların ümumi yığıncağının qərarına əsasən “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 350A ünvanına bildirə bilərlər.
“Sun Food” MMC “A-Təchizat” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
Xatırladaq ki, “A-Təchizat” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 milyon manatdır və qanuni təmsilçisi Rasət Hüseynovdur.
“Azərsun Holdinq”ə məxsus olan “Sun Food” MMC isə 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 110 125 020 manatdır və qanuni təmsilçisi İrfan Yılmazdır.