Son vaxtlar 10 min dollardan çox olan problemli kreditlərlə bağlı güzəştlərin ediləcəyi bildirilir. Bu barədə yerli KİV-lərdə müxtəlif məlumatlar yayılıb.
İqtisadçı-deputat Vahid Əhmədov bununla bağlı açıqlamasında bildirib ki, 10 min dollardan çox olan problemli kreditlərə dair müəyyən təkliflər mövcuddur.
Deputat şəxsən özünün də təkliflər irəli sürdüyünü deyib: “Biz hazırladığımız təklifləri təqdim edəcəyik. Bununla bağlı iş gedir, hansı qərarın qəbul olunacağını dəqiq deyə bilmərəm”.









