Tailandın paytaxtı Banqkokda kimyəvi maddələrin sızması nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Banker.az APA-ya istinadən bildirir ki, insident ölkənin ən iri banklarından olan “Siam Commercial Bank”-da qeydə alınıb.
Məlumata əsasən, bankın zirzəmisində işləyən fəhlələr kimyəvi yanğınsöndürmə sistemlərini zədələyiblər.
“Bəzi kütləvi informasiya vasitələri bankda baş verən insidentlə bağlı yalnış məlumat verib. Bildiririk ki, bankın binasında nə partlayış, nə də yanğın olub”.
Hadisə ilə əlaqədar polis araşdırma aparır.