25 C
Baku
Saturday, April 20, 2024

10 ölkənin ən irinominallı əskinasları [şəkillərdə]

May ayında Azərbaycanın Mərkəzi Bankı 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını elan edib.

Dünyanın aparıcı 10 ölkəsində ən yüksək dəyərli pul vahidlər nəzər salınıb və siyahı tərtib edilib.

Sıralama Ümumi Daxili Məhsula (ÜDM) əsaslanan Dünya Bankının 2016-ci ildəki reytinqini nəzərə alır.

Avrodan istifadə etdikləri üçün sıralamanın 4-cü yerində Almaniya, Fransa və İtaliya üçlükdə göstəriliblər.

ABŞ – Dollar ($100)

DollarFotonun müəllifiGETTY IMAGES

ABŞ-da Mərkəzi Bank səlahiyyətlərinə malik Federal Ehtiyat Sisteminin hazırda çap etdiyi ən iri əskinasın dəyəri 100 dollardır.

1969-cu ildə ABŞ Federal Ehtiyat Sistemi və Maliyyə Nazirliyi 500, 1000, 5000 və 10 000 dollarlıq əskinasların dövriyyədən çıxarıldığını elan edib.

Bu əskinaslar sonuncu dəfə 1945-ci ildə çap olunub.

Çin – Yuan (¥100)

YuanFotonun müəllifiGETTY IMAGES

Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin ən irinominallı pul vahidi 100 yuandır.

Onun hazırkı dizaynı 2015-ci ildə təqdim olunub.

Yaponiya – Yen (¥10,000)

YenFotonun müəllifiGETTY IMAGES

Yaponiya uzun müddət dünyanın ikinci aparıcı iqtisadiyyatı olub.

Bu ölkədə cəmi 4 dəyərdə kağız pul buraxılır.

Onlardan ən irisi 10 000 yendir.

Almaniya, Fransa, İtaliya – Avro (€500)

Avro
Fotonun müəllifiGETTY IMAGES

Dünyanın, müvafiq olaraq, 4-cü, 6-cı və 8-ci iqtisadiyyatları olan Almaniya, Fransa və İtaliya Avropa İttifaqının (Aİ) üzvləridir. Onlar eyni valyutadan – avrodan istifadə edirlər.

Aİ-nin Mərkəzi Bankı 2018-ci ilin sonuna kimi 500 avro dəyərində əskinasların çapının dayandırılacağına dair qərar verib. Eynilə ilin sonunadək 100 və 200 avro dəyərində yeni dizaynı olan əskinaslar buraxılmalıdır.

Xeyli vaxtdır ki, 500 avroluq əskinasların qeyri-qanuni fəaliyyətlə bağlı istifadə olunduğu barədə məlumatlar dövriyyə edir. Buna görə onları hətta “Bin Laden” adlandıranlar da olub.

Britaniya ərazisində bu valyuta ilə əməliyyatlar 2010-cu ildə dayandırılıb.

Böyük Britaniya – Funt sterlinq (£50)

funt
Fotonun müəllifi BANK OF ENGLAND

Vaxtilə Britaniyada nominalı 1 000 və 10 000 funt olan əskinaslar çap olunub. Hazırda istifadədə olan ən iri pul vahidi 50 funt sterlinqdir.

Onu dövriyyədə nadir hallarda görmək olar.

2011-ci ildən 50 funt yeni dizaynla buraxılır.

Hindistan – Rupi (₹1000)

RupiFotonun müəllifiGETTY IMAGES

Hindistanın ən iri əskinası 1 000 rupidir.

Vergidən yayınma, qeyri-qanuni fəaliyyət və qara bazarda əməliyyatları dayandırmağa çağıranlar 1 000 və 500 rupilərin dövriyyədən çıxarılmasını tələb edirlər.

Lakin Hindistanın Mərkəzi Bankı indiyədək belə çağırışları qəbul etməyib.

Braziliya – Real (R$100)

Real
Fotonun müəllifi GETTY IMAGES

Braziliyada 100 real ölkənin ən irinominallı pul nişanıdır.

Real, hazırkı dizaynla 2010-cü ildən buraxılmaqdadır.


© BBC News Azərbaycanca

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər