2021-ci ilin yanvar ayı ilə müqayisədə 2022-ci ilin yanvar ayında Azərbaycanın 20 sığorta şirkətindən 10-nun sığorta haqları azalıb, 9-nun isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “Dövlət Sığorta Kommersiya” şirkətidir (68%).
Yığımları ən çox artan “Aqrar Sığorta” və “Bakı Sığorta” şirkətidir.
Onu da qeyd edək ki, “Meqa Həyat Sığorta şirkəti yeni yarandığı üçün müqayisə etmək mümkün deyil.
Sığortaçının adı |
Sığorta Haqqları (2022-ci il yanvar), min manat |
Sığorta Haqqları (2021-ci il yanvar), min manat | İllik Fərq |
A-Qroup Sığorta Şirkəti | 1.364 | 1.684 | -19% |
AtaSığorta | 907 | 1.466 | -38% |
Atəşgah Həyat Sığorta Şirkəti | 2.699 | 3.076 | -12% |
Atəşgah Sığorta Şirkəti | 2.630 | 3.236 | -19% |
Dövlət Sığorta Kommersiya Şirkəti | 827 | 2.585 | -68% |
Azərbaycan Sənaye Sığorta | 2.571 | 1.970 | 31% |
AzSığorta | 869 | 1.633 | -47% |
Bakı Sığorta | 375 | 164 | 2.3 dəfə |
Günay Sığorta | 486 | 871 | -44% |
İpək Yolu Sığorta | 5.125 | 6.149 | -17% |
Meqa Sığorta | 2.769 | 3.187 | -13% |
Naxçıvansığorta | 148 | 123 | 20% |
Paşa Həyat Sığorta | 25.320 | 16.451 | 54% |
Paşa Sığorta | 59.856 | 51.226 | 17% |
Qala Həyat Sığorta Şirkəti | 969 | 794 | 22% |
Qala Sığorta | 5.107 | 5.879 | -13% |
Xalq Həyat Sığorta Şirkəti | 608 | 360 | 69% |
Xalq Sığorta | 3.984 | 3.144 | 27% |
Aqrar Sığorta | 1.517 | 14 | 108 dəfə |
Meqa Həyat Sığorta | 102 | – | – |