15 C
Baku
Tuesday, October 15, 2024

10 turistik kənddə infrastruktur layihələri həyata keçiriləcək

Qarşıdakı 4 il ərzində Azərbaycanın ən gözəl 10 turistik kəndində infrastruktur layihələr həyata keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Regional inkişaf bölməsinin müdiri Hüseyn Məmmədov bildirib.

Onun sözlərinə görə, son 1 il ərzində Dövlət Turizm Agentliyi ölkənin 22 şəhər və rayonunda fəaliyyət göstərən bütün kənd və qonaq evlərinin reyestrini aparıb.

“Onların əsas ehtiyacları və hansı problemlərlə üzləşdikləri öyrənilib. Sorğu nəticəsində gördük ki, onların infrastruktur dəstəyinə ehtiyacları var və daha yaxşı fəaliyyət göstərmələri üçün inventarlar verilməlidir. Ən əsas problemlərdən biri də satışla əlaqəlidir. Bununla əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Məşğulluq Agentliyi ilə proqram həyata keçirildi. Bu layihə çərçivəsində 70-dən çox kənd evinə həm infrasturktur dəstəyi göstərildi, həm də 10 min manat dəyərində inventarlar verildi”.

H.Məmmədov qeyd edib ki, satış məsələsi ilə bağlı problemin üzərində də iş aparılır:

“200-ə yaxın kənd evini “Booking” platformasına inteqrasiya edirik. Hansı ki, onlar qarşıdakı illərdə yalnız mövsümdə yox, digər dövrlərdə də öz evlərini daha çox turistə kirayə verə biləcəklər. Bundan əlavə BMT-nin İnkişaf Proqramının (UNDP) kənd turizmin inkişafı ilə bağlı 4 illik proqramı var. İlkin olaraq qarşıdakı 4 il ərzində Azərbaycanın 10 ən gözəl turistik kəndində infrastruktur layihələri həyata keçiriləcək. Hələki həmin kəndlərin siyahısı dəqiqləşdirilməyib”, – deyə qurum rəsmisi bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər