Unibank kartı olan onlarla müştəri lotereyada pul uduşu qazanıb. Mərkəzi Bank tərəfindən 1 fevral 2019-cu il tarixindən başlayan “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyada indiyədək 100-dən çox Unibank müştərisi pul uduşu əldə edib. Üç aylıq lotereyanın ikinci tirajının qalibləri də artıq açıqlanıb (https://uploads.cbar.az/assets/268fbc11556525457843c9092.pdf ). Aprel ayı ərzində kartla edilən ödənişləri əhatə edən 3-cü tirajın qalibləri isə mayın 15-də elan ediləcək.
Lotereya rəqəmsal ödənişlərin stimullaşdırılması və nağdsız ödəniş vərdişlərinin formalaşdırılması məqsədilə keçirilir. Tiraj müddətində POS-terminalda minimum 5 AZN-lik nağdsız əməliyyat edən kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edirlər. Lotereyanın uduş məbləği 50 manatdır və bu məbləğ kart sahibinin bank hesabına “cashback” formasında qaytarılır.
Unibank kartınız varsa, siz xaricə səyahət paketi də qazana bilərsiniz. “Bahar lotereyası” çərçivəsində Unibank kartı ilə mayın 31-dək nağdsız ödənişlərinizin hər 10 manatı sizə Satoriniyə 1 həftəlik səyahət paketi, iPhone X mobil telefonu və 1000 AZN-dək müxtəlif pul uduşları qazandıra bilər. Lotereyanın yalnız pul uduş fondu 10 000 AZN-dir və lotereyada ümumilikdə 100 qalib olacaq.
Yeni Albalı Plus kredit kartı alan hər kəs avtomatik olaraq lotereyada 10 iştirak şansı əldə edir.
Lotereyanın ilk tirajının qalibləri aprelin 23-də məlum olacaq.
Lotereyada iştirak etmək üçün www.unibank.az saytında ( https://unbk.az/2JcbNLA) qeydiyyatdan keçmək tələb edilir.
Lotereyanın şərtləri ilə daha ətraflı bu linkdə (https://unbk.az/2HgDl0F) tanış ola bilər bilərsiniz.
Unibankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!
Unibank haqqında
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 26 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.