ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers 100 dollarlıq əsginasları korrupsiya və cinayətkarlıqla mübarizə məqsədilə tədavüldən yığışdırmaq təklifini irəli sürüb. Bu barədə “The Washington Post” qəzetinə xəbər verir.
Sammers, həmçinin qeyd edib ki, tədavüldən 500 avroluq əsginaslar da toplanmalıdır. O, Harvard universitetinin “Biznes və idarəetmədə problemlərin öyrənilməsi ” mərkəzinin araşdırmalarına istinadən bildirib ki, 1 milyon dollar nağd vəsaitin 500 avroluq əsginaslarla çəkisi 1 kiloqramdan az olduğu üçün bu məbləği daşımaq və ötürmək çox asandır. Amma, bu məbləğ 20 dollarlıq əsginaslarla olsaydı çəkisi 20 kiloqrama yaxın olacaqdı. Eks-nazirin fikrincə ABŞ və Avropa İttifaqı 100 dollar və 500 avroluq əsginasların tədavüldən qaldırılması üçün anlaşmalıdırlar.
Qeyd edək ki, fevralın 15-də Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Draqi də terrorizmin maliyyələşməsi və vergidən yayınmanın aradan qaldırılması məqsədilə 500 avroluq əsginasların tədavüldən yığışdırılması imkanlarını araşdırır.
“Report”un analitik qrupu hesab edir ki, bu hər iki pul vahidi üzrə adı çəkilən əsginasların tədavüldən yığışdırılması fikirləri sadəcə nağd pul vəsaitlərinin hazırkı böhran situasiyasında iqtisadiyyata axmasını təmin etmək məqsədi daşıyır.
Report