7 C
Baku
Sunday, December 15, 2024

100 ictimai iaşə obyektində və ərzaq mağazasında pozuntular aşkarlandı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA əməkdaşları tərəfindən 20 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 207 ictimai iaşə obyekti, 214 ərzaq satışı mağazası olmaqla, ümumilikdə 421 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 100-ündə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

Gəncə şəhərində “Ulduz” kafesi, “Əminə market”, “Araz market”, “Təbriz” market, “Nur” market , Məhsəti Mehtiyeva Zülfiqar qızına, Əsgərov Könül Məmmədəli oğluna, Xəlilov Nail Məzahir oğluna məxsus ərzaq mağazaları, Şabran rayonunda “Mini market” ərzaq mağazası, Neftçala rayonunda Hüseynova Səmayə Qurbanxan qızına, Əsgərova Zülfiyyə Ərman qızına, Cəfərov Zakir Adıgözəl oğluna məxsus ərzaq mağazaları, Əsədli Azər Rəqib oğluna məxsus kafe, Göyçay rayonunda “İki qardaş” market, “Aysu” market, Qəbələ rayonunda “Turist” market, “Tufandağ” market, Məhərrəmov Babək Mayıl oğluna məxsus market, “Həyat” kafesi, Tovuz rayonunda Paşayev Elçin Mustafa oğluna məxsus kafe, Lənkəran şəhərində “Köz Dönər” restoranı, “Qardaşlar” kafesi.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Son xəbərlər
Digər xəbərlər