25 C
Baku
Saturday, July 27, 2024

100 insandan ibarət dünya

Əgər bütün dünyada yalnızca 100 insan yaşasaydı, onun 57-si Asiyadan, 21-i Avropadan, 14-ü bütün Amerika qitəsindən və 8-i Afrikadan olardı. Bu insanların 52-si qadın, 48-i kişi olmaqla yanaşı, onların 30-u ağ dərili, 70-i isə başqa irqlərə məxsus olardı.

Burada əhalinin 30 nəfəri xristian, 23 nəfəri müsəlman, 47 nəfəri isə başqa dinlərə qulluq edərdilər. 80 insan yoxsulluq həddində yaşayardı. Bu 100 nəfərlik dünyada 70 insan oxumağı bacarmazdı. Hər gün 1 insan ölər, 1 insan isə doğulardı. Yalnız 1 insanın ali təhsili olardı və yalnız 1 insan kompüterə sahib olardı.

Əgər siz heç vaxt hər hansı bir müharibədə iştirak etməmisiniz və aclığın, işgəncənin, tənhalığın və həbs həyatının nə olduğunu bilmirsinizsə, o zaman siz bütün bunları yaşamış 500 milyon insan ilə müqayisədə ən xoşbəxt adamsınız.

Əgər siz heç bir izlənmək riski olmadan, işgəncəsiz, həbssiz və qətlsiz öz dininizə etiqad edə bilirsinizsə onda dünyadakı 3 milyard müasirinizdən bir pillə öndəsiniz.

Əgər soyuducunuzda qida, şkafınızda paltar və başınızın üzərində damınız varsa, onda siz dünyanın 75% insanından varlısız. Yox əgər bankda hesabınız və pul qabınızda normal miqdarda nağd pul varsa, onda dünyanın seçilmiş insanlarından birisiniz.

Əgər valideynləriniz hələ də sağdırsa və üstəlik də boşanmayıblarsa, siz Kanadada və ABŞ-da nadir bəxti gətirən insansınız.

Əgər siz sərbəst şəkildə bu yazını oxuya bildinizsə, bu cəhət sizi dünyada oxumağı bacarmayan 2 milyard müasirinizdən fərqləndirir.

Son xəbərlər
Digər xəbərlər