10 C
Baku
Friday, December 13, 2024

100 karatlıq brilyant ilk dəfədir kriptovalyutaya satılır

İyulun 9-da Honkonqda “Sotheby’s” hərracında 101.38 karat çəkisində brilyant satışa çıxarılacaq.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, brilyantın başlanğıc qiyməti 10-15 milyon dollardır və onu almaq istəyən şəxs ödənişi kriptovalyuta vasitəsilə də edə biləcək.

Xüsusilə Asiya bazarı üçün düşünülmüş “Luxary Edit” formatlı bu hərrac canlı rejimdə keçəcək. “Son bir ildə qiymətli daşlara və kolleksionerlər üçün nəzərdə tutulmuş digər nadir əşyalara tələb çox yüksək olub”, – deyə “Sotheby’s” hərrac evinin nümayəndəsi Coş Pullan söyləyir. Onun sözlərinə görə, Asiyada kişilərin bir fərqləndirici cəhəti var – onlar qiymətli əşyaları həm özləri, həm də uşaqları üçün alırlar.

Xatırladaq ki, daha əvvəl də hərracda qiymətli əşyaların kriptovalyuta ilə satışı həyata keçirilib. Məsələn, 2021-ci ilin martında Benksinin “Love is the Air” əsəri 12.9 milyon dollara satılıb. Hərrac dörd alıcı arasında olub və cəmi 14 dəqiqə davam edib.

Son xəbərlər
Digər xəbərlər