100 min dollar vəsaiti ölkədən çıxararaq geri qaytarmamaqda təqsirləndirilən şirkət haqqında tərtib edilən inzibati xəta haqqında protokol Qaradağ rayon Məhkəməsi tərəfindən təsdiq edilib.
Şiirkət vəsaiti 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, alınan mallar (xidmət) ölkəyə idxal edilməyib, valyuta vəsaitini geri qaytarmayıb. Xəta 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilib.
Məhkəmənin qərarı ilə şirkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olan valyuta vəsaiti məbləğinin 25%-i, yəni 25000 ABŞ dolları inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, 42500 manat məbləğində inzibati cərimə edilib.