10 C
Baku
Saturday, November 23, 2024

“1000 bərəkət”in kolbasa və sosiskaları üstündə “mal əti” yazsılsa da, bu heyvanın DNT-si aşkar edilib – AQTA-dan açıqlama!

Azərbaycanda “1000 BƏRƏKƏT HALAL NEMƏT” brendi ilə kolbasa və sosiskalar istehsal edən “Səhliyalı” Kiçik Müəssisəsi istehlakçılara mal əti adı ilə toyuq məmulatları satıb, bəzilərində isə mal əti aşkar edilməyib.

Bunu Banker.az Azərbaycan Qida Təhlükəsizliyi  Agentliyi (AQTA) bu barədə açıqlama yayıb.

AQTA 10 fevral 2023-ci ildə bununla bağlı araşdırma aparıb. Ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Həmin siyahıda “Səhliyalı” Kiçik Müəssisəsinin adı da var.

Qeyd edilir ki, şirkətin “Səhliyalı” yarım hisə verilmiş “Servelat” kolbasası üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.

Digəri isə “Səhliyalı” Kiçik Müəssisəsinin “Halal 5+” “Sacüstü” halal sosiskasıdır. Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb.

Xatırladaq ki, “Səhliyalı” Kiçik Müəssisəsi (VEÖN: 3100007451) 1993-cü ildə yaradılıb və 759000 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Rövşən Səmədov Knyaz oğludur.

Son xəbərlər
Digər xəbərlər