9 C
Baku
Friday, December 13, 2024

1000 kürəcik: çox maraqlı və faydalı hekayə

Bir neçə gün əvvəl mən özümə qəhvə hazırlayıb, səhər qəzetlərini əlimə aldım və radionu işə salıb onu dinləməyə başladım. Radio dalğalarını bir-bir çevirirdim, birdən diqqətimi yaşlı bir kişinin maraqlı səs tonu cəlb etdi.

O, “min kürəcik” haqqında nə isə danışırdı. Bu məni maraqlandırdı, radionun səsini yüksəldib, kreslodakı yerimi rahatladım, arxaya söykənib dinləməyə davam etdim.

– Yaxşı, -qoca dedi, -mərc gələ bilərəm ki siz işdə çox məşğulsunuz. Dünən, bu gün, sabah. Qoy, olsun ki, sizə çox pul ödəyirlər. Bu pula onlar sizin həyatınızı alırlar. Fikirləşin, siz bu vaxtı yaxınlarınızla və sevdiklərinizlə keçirmirsiniz. Qəti şəkildə inanmıram ki, yalnız xərclərinizi çatdırmaqdan ötrü dayanmadan və bütün günü işləmək məcburiyyətində olasınız. Siz öz arzularınızı təmin etmək məqsədi ilə işləyirsiniz. Amma bilirsiniz ki, bu qapalı bir həlqədir – pul nə qədər çox olsa bir o qədər çox istəyirsiniz və siz daha çox işləyirsiniz ki, daha çox pul əldə edəsiniz. Müəyyən bir anda özünə belə bir sualı verməyi bacarmaq lazımdır: “doğrudanmı mənə daha bir köynək və ya yeni bir avtomobil lazımdır?”. Bundan ötrü siz qızınızın ilk rəqs çıxışını və ya oğlunuzun idman yarışmasını qaçırmağa hazırsınızmı? İcazə versin sizə bir hadisə danışım, məhz bu mənə daima həyatımdakı əsas varlığın kimlər olduğunu yadda saxlamağa və onları qorumağa kömək etdi. Beləliklə kişi özünün “min kürə” nəzəriyyəsini izah etməyə başladı.

– Gözəl günlərin birində mən oturub hesabladım ki, orta hesabla insan 75 il ömür yaşayır. Mən bilirəm ki, bəziləri var daha qısa ömür sürür, bəziləri isə uzun. Amma təqribən 75 il orta ömür göstəricisidir. İndi isə 75-i 52-ə vururam (ildəki bazar günlərinin sayı) və nəticə 3900 edir. Bu bizim həyatda yaşaya biləcəyimiz həftə sonlarının (bazar günlərinin) sayıdır. Bu haqda düşünəndə mənim 55 yaşım var idi. Bu o demək idi ki, mən artıq 2900 bazar gününü yaşamışam. Mənim cəmi 1000 bazar günüm qalmışdı. Ona görə də mən oyuncaq dükanına getdim və 1000 ədəd balaca oyuncaq plastik kürə aldım. Mən onların hamısını bir şəffaf bankaya tökdüm. Bundan sonra hər bazar günü mən bir kürəni götürür və atırdım.

Mən hər dəfə belə etdikdə şarların azaldığını müşahidə edirdim və özüm də hiss etdim ki, bu addım mənə həyatdakı əsl dəyərləri daha yaxşı anlamağa kömək etdi. Heç bir vasitə ölümün özü qədər güclü ola bilməz, axı sənin tərəfindən itirilmiş günlərin sayı getdikcə artır. İndi isə bu gün sizinlə paylaşmaq istədiyim son fikrə qulaq asın. Bunu edəndən sonra mən öz sevimli xanımımı qucaqlayıb, onunla gəzintiyə çıxmaq istərdim.  Bu gün bankadakı sonuncu kürəciyi çıxarmışam. Ona görə də yaşadığım hər bir növbəti gün mənim üçün hədiyyədir. Mən onu minnətdarlıqla qəbul edir, yaxınlarıma və sevdiklərimə sevgi və isti münasibət bəxş edirəm. Bilirsiniz, mən düşünürəm ki, bu həyatı yaşamağın yeganə üsuludur, mən heç nəyə görə təəssüf etmirəm. Sizinlə danışmaq çox xoş idi, amma mən tələsməliyəm, gözləyənlərim var. Ümid edirəm, yenə eşidilərik .

Son xəbərlər
Digər xəbərlər