101 ədəd avtobusa görə 9 milyon dollar xaricə gedib

2020-ci ilin yanvar-iyul aylarında ölkəyə 1615 ədəd yük avtomobili, 101 ədəd avtobus idxal olunmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yanvar-iyul ayında Azərbaycana ümumilikdə 8 mln. 809,8 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1 mln. 312,7 min dollar və yaxud 18% çoxdur.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 101 ədəd avtobus (azalma 1,4 dəfə) idxal olunub.

Bundan başqa, cari ilin yanvar-iyul ayında Azərbaycana 24 mln.623,2 min dollar dəyərində (azalma 1,3 dəfə) 1615 ədəd yük avtomobili (azalma 1,2 dəfə) idxal edilib.