25 C
Baku
Saturday, July 27, 2024

102 yaşlı məktəbli harada yaşayır?

Çinin Şandun əyalətində yerləşən Çiznan şəhər sakimi 102 yaşında ilk dəfə olaraq məktəbə getdi. Ma Syusian adlı çinli qadın bütün həyatı boyu məktəbə getməyi arzulayıb. Belə ki, qadın 13 yaşı olarkən işləməyə məcbur edilmiş və 18 yaşı olarkən ərə verilmişdi.

Yerli qəzetlərdən biri çinli qadından müsahibə götürdükdə o məktəbə getmək arzusunu dilə gətirmişdir. Bu müsahibəni görən təhsil müəssisələrindən biri 102 yaşlı qadının arzusunu həyata keçirməyi qərara alır. Bunun sayəsində yaşlı qadın bir günün içində 1-ci sinif şagirdinə çevrilir: dərslərdə yaxşı eşitmək üçün qadın eşitmə aparatından, yazıları oxumaq üçün isə lupadan istifadə etmişdir.

11310

Ma Syusian 9 övlada sahibdir və onların əksəriyyəti ali təhsilə sahibdirlər. Qadının 58 yaşlı oğlu İ Fensin-in sözlərinə görə, anaları onların təhsil almaları üçün hətta zinət əşyalarını da satmışdır.

Təhsil almaq arzusunda olan Ma Syusian məktəbdə bir gün keçirdikdən sonra müəlliminə və sinif yoldaşlarına təşəkkürünü bildirmiş və əzmlə çalışacağına söz vermişdir. İ Fensin bildirmişdir ki, məktəbə getmək onun anasının ilk arzusu olub.

Son xəbərlər
Digər xəbərlər