26 C
Baku
Saturday, July 27, 2024

11 ay ərzində Azərbaycanın xarici ticarətinin müsbət saldosu 4 dəfə azalıb

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $598 mln. 184,35 min təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 4 dəfə azdır. Bu barədə agentliyə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

2016-cı ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $16 mlrd. 31 mln. 631,91 min (azalma 20,2%) təşkil edib.

Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $8 mlrd. 314 mln. 908,13 min, idxalın həcmi $7 mlrd. 716 mln. 723,78 min təşkil edib. 2015-ci ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 30,02%, idxalın həcmi 6% azalıb.

İxracın strukturunda 70,91% neftin, 4,31% neft məhsullarının, 11,13% təbii qazın, 0,24% elektrik enerjisinin, 4,05% meyvə-tərəvəz məhsullarının, 0,07% çayın, 0,18% bitki və heyvan mənşəli yağların, 0,72% qəndin, 0,2% spirtli və spirtsiz məhsulların, 0,65% kimya məhsullarının, 1,09% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,2% pamblq ipliyin, 1,05% qara metal və ondan hazırlanan məmulatların, 1,04% alüminium və ondan hazırlanan məmulatların, 4,16% digər məhsulların payına düşüb.

İdxalın strukturunda 15,51% ərzaq məhsullarının, 1,83% tütün və tütün məhsullarının, 0,22% sementin, 2,32% əczaçılıq məhsullarının, 3,34% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,22% odun və oduncaqdan hazırlanan məhsulların, 13,56% qara metal və ondan hazırlanan məmulatların, 24,18% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 8,41% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,28% mebelin, 27,13% digər məhsulların payına düşüb.

Cari ilin yanvar-noyabr aylarında xarici ticarət əməliyyatlarında 5,226 min özəl və dövlət müəssisəsi və 8,018 min fiziki şəxs iştirak edib.

Bu dövrdə Azərbaycan dünyanın 183 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 17,12%-i), Türkiyə (12,68%), Tayvan (8,44%), Almaniya (6,97%) və İsrail (6,89%), əsas idxal əməliyyatlarını isə Rusiya (17,75%), Türkiyə (13,82%), Çin (8,25%), Böyük Britaniya (6,09%) və ABŞ (5,62%) ilə həyata keçirib

Son xəbərlər
Digər xəbərlər