2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 48.9 min ton pendir və kəsmik istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4% çoxdur.
Banker.az Dövlət Statistika Komitəsinə istinadə edərək xəbər verir ki, 01.12.2021-ci il vəziyyətinə hazır pendir və kəsmik ehtiyatı 56.3 ton təşkil edir.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2.5% çox pendir və kəsmik istehsal olunmuşdu.
DSK-nın məlumatına əsasən, bu ilin ilk 11 ayında qaymaq və xama istehsalında da artım müşahidə olunur. Belə ki, hesabat dövründə istehsal olunmuş qaymaq və xamanın həcmi illik müqayisədə 24.2% artaraq 8.1 min tona çatıb. 2020-ci ilin yanvar-noyabr aylarında isə bu məhsulların istehsalında illik müqayisədə 3.4% azalma var idi.
Həmçinin, cem və marmelad istehsalında da ötən ilin ilk 11 ayı ilə müqayisədə 23.1% artım var. Belə ki, bu ilin yanvar-noyabr aylarında 84.9 min ton cem və marmelad istehsal olunub və 01.12.2021-ci il vəziyyətinə 3.7 min ton hazr cem və marmelad ehtiyat mövcuddur. Ötən ilin yanvar-noyabr aylarında isə bu məhsullar illik müqayisədə 4.6% az istehsal olunmuşdu.