2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan 541 milyon 926 min dollar dəyərində 563,170 min ton meyvə-tərəvəz ixrac edilib.
Banker.az bu barədə Gömrük Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2018-ci ilin analoji dövründə isə Azərbaycandan 495 milyon 61 min dollar dəyərində 549,370 min ton meyvə-tərəvəz ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10% və 3% çoxdur.