İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 8.1 faiz artaraq 3464.5 milyon manat təşkil edib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, onun da 70.7 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 33.7 faizi və ya 1166.3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.







