9 C
Baku
Tuesday, December 16, 2025

11 ayda neft ixracından gəlir azaldı, qazdan gəlir yüksəldi

2025-ci ilin 11 ayında (yanvar-noyabr) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 20 milyard 84 milyon dollar təşkil edib.

Banker.az xəbər verir ki, o cümlədən 11 milyard 515 milyon dollarlıq xam neft, 8 milyard 118 milyon dollarlıq təbii qaz ixrac edilib.

2024-cü ilin yanvar-noyabr aylarında  Azərbaycandan 21 milyard 247 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 13 milyard 304 milyon dollarlıq xam neft, 7 milyard 604 milyon dollarlıq təbii qaz ixrac edilmişdir.

Beləliklə, bu ilin 11 ayında xam neft ixracından gəlir 13.4% azalıb, qaz ixracından gəlir isə 7% artıb.

Son xəbərlər
Digər xəbərlər