28 C
Baku
Saturday, July 27, 2024

11 aydır təsis edilən şirkətin kapitalı 31 milyon manata qaldırılıb

“Abşeron İnvest” MMC-nin nizamnamə kapitalının həcmi bir qədər də artırılmaqla 31 milyona yaxınlaşıb.

Banker.az xəbər verir ki, “Abşeron İnvest” MMC-nin nizamnamə kapitalı 3 400 000 manat və ya 12.5% arıtılmaqla 30 600 976 manata çatdırılıb.

Qeyd edək ki, şirkət 2022-ci ilin noyabrında təsis edilib.  Şirkət “Caspian Marine Services”in (CMS haqqında ətraflı) Azərbaycandakı bir neçə şirkətinin yerləşdiyi Bakı şəhəri Səbail rayonu, Salyan şossesi , ev 6H, 13-cü km ünvanında qeydiyyata alınıb. Bu ünvanda, “CMS İNVEST” MMC və “CMS PROPERTİES” MMC yerləşir.

Şirkətin baş icraçı direktoru Vüqar Novruzov İntiqam oğludur. O, 2018-ci ildən CMS-ə qoşulub və həmin tarixdən orada Daxili audit üzrə inzibatçıdır.

Son xəbərlər
Digər xəbərlər