1. Yaşa və sevin. Sevinc və həyat kainat üçün gərəklidir.
2. Cürətli ol. Uğur cürətli inşaların üzünə gülür.
3. Həm pulla, həm biliklə, həm də qəlbən zəngin ol. Yalnız zəngin insan səxavətli ola bilər.
4. Yaxınlarınla səxavətli ol, amma ağıllı davranmağı unutma. Ağılsız, düşünülməmiş verilmiş bəxşiş heç bir fayda vermədən itir və insanlarda yalnız paxıllıq və kin-küdurət oyadır. Ağılla verilmiş bəxşiş yüz qat geri qayıdır, həm də sənə dost gətirir.
5. Hərəkətdə ol. Hara gedəcəyini bilmirsən, sadəcə get və öz yolunu tapacaqsan.
6. Təkmilləş, Dəyiş, amma özünə sadiq qal.
7. Yadda saxla ki, soyğunçu soyulacaq, yalançı aldanacaq, qatil qətlə yetiriləcək. Şər həmişə özü-özünü içindən yeyir.
8. Bu günlə yaşa, gələcək haqqında düşün və keçmişini xatırla.
9. Yeni işə başlayanda dua et, ziyanı yoxdur, amma kömək edə bilər.
10. Öz arzularınla bağlı ehtiyatlı ol, onlar yerinə yetə bilər.
11. Dostluq axtar, düşmənçilikdən uzaq ol. Yadda saxla ki, həyat sənin sahib olduğun ən dəyərli varlıqdır. Bu var dövlətinin taleyinə biganə olma və ondan ləyaqətlə istifadə et.