Azərbaycanda daha bir şirkət ləğv edildiyini açıqladı.
Banker.az xəbər verir ki, ləğv edilən şirkətin adı “Fair Value” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Məlumatda bildirilir ki, “Fair Value” MMC ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 82, mənzil 39 ünvanına bildirə bilərlər.
Onu da qeyd edək ki, bu şirkət 2009-cu ildə dövlət qeydiyyatına alınıb və şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək PR., ev 72, m. 39 ünvanı idi. “Fair Value” MMC-nin nizamnamə kapitalı 20 manat və qanuni təmsilçisi Rauf Əsgərov Murtuza oğlu idi.