28 C
Baku
Saturday, July 27, 2024

11 istehsalçıya məxsus çörəklərdə kif və maya göbələkləri aşkarlanıb – Adları açıqlandı

Planın icrası çərçivəsində respublika ərazisində fəaliyyət göstərən çörək istehsalı müəssisələrində istehsal olunan, habelə ölkəyə idxal edilən çörək məmulatlarından nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Belə ki, cari dövr ərzində 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə 108 nümunə götürülüb. Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəklərdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.

Aşkar olunmuş uyğunsuzluqlarla bağlı 11 müəssisədə keçirilmiş plandankənar yoxlamalar zamanı müəssisədə yoxlamanın nəticəsi qənaətbəxş olub. 9 müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı 47 nöqsan aşkar edilib. Həmin nöqsanlarla bağlı inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Sözügedən müəssisələrdən 3-də ciddi pozuntular aşkar edildiyinə görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Laborator  nəticələri uyğunsuz olan çörək  istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:

Müəssisə Ünvan
1 “Magnat Group” MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a
2 Fiziki şəxs Yusubova Təhminə Yusub qızı Abşeron rayonu, Məhəmmədi kəndi
3 Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30
4 Fiziki şəxs Hacıyev Fazil

Bəhlul oğlu

Cəlilabad şəhəri, S.Vurğun küçəsi  7
5 Fiziki şəxs Rəcəbov Qurban

Malik oğlu

Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27
6 Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı Gəncə şəhəri, N.Nərimanov küçəsi 54
7 “Arizoğlu” MMC Gəncə şəhəri, 1-ci mkr
8 “Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi Füzuli rayonu, Horadiz şəhəri
9 “Bərdə-Çörək” ASC Bərdə rayonu, S.Vurğun küçəsi 18
10 Fiziki şəxs Məmmədova

Arzu Nəsir qızı

Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov

küçələrinin kəsişməsi

11 Əhmədov Elnur Namizəd oğlu Yevlax şəhəri, H.Əliyev prospekti 101
Son xəbərlər
Digər xəbərlər