10 C
Baku
Saturday, November 23, 2024

11 kiçik dövlət müəssisə və obyektləri bu qiymətə satışa çıxarılır – Siyahı

Banker.az xəbər verir ki, hərracda 11 kiçik dövlət müəssisə və obyektləri satışa çıxarılır.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Xızı şəhəri üzrə:
ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti, 15 əlaqə telefonu: (kod 02331) 5-01-48
Saatlı şəhəri üzrə:
ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58
Mingəçevir şəhəri üzrə:
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00
Xaçmaz şəhəri üzrə:
ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 əlaqə telefonu: (kod 2332) 5-39-72, 5-33-55, 5-12-27
Beyləqan şəhəri üzrə:
ünvan: Beyləqan şəhəri, S.İmrəliyev küçəsi, 95 əlaqə telefonu: (kod 02122) 5-16-24
İmişli şəhəri üzrə:
ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 11, əlaqə telefonu: (kod 02124) 6-35-31, 6-40-29
Ağcabədi şəhəri üzrə:
ünvan: Heydər Əliyev prospekti 233, əlaqə telefonu: (kod 2127), 5-14-50
Şirvan şəhəri üzrə:
ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98
Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71
Balakən şəhəri üzrə:
ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti 40, əlaqə telefonu: (kod 02429) 5-10-56

Hərracların keçirilməsi haqqında əlavə məlumatları “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsdən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.

Müəssisə və obyektin adı Ünvanı Tabe olduğu təşkilatın adı Ümumi
faydalı
sahəsi
(kv.m)
Özəlləşdirilən torpaq
sahəsi
(kv.m)
İşçilərin sayı Əmlakın ilkin
(start) satış qiyməti
(100%)
(manat)
Əmək kollektivinə güzəştli şərtlərlə satımış hissə (15%)
(manat)
Torpaq sahəsinin
ilkin (start) satış qiyməti
(manat)
Hərraca çıxarılan ümumi ilkin (srart) satış qiyməti
(manat)
10% beh (manat)
1 Yardımçı təsərrüfat Xızı rayonu, Şurabad qəsəbəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 308.8 25000.0 x 15000 x 87500 102500 10250
2 Yardımçı təsərrüfat Saatlı rayonu, Heydərəbad kəndi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 174.2 34875.5 x 12500 x 35000 47500 4750
3 “İncilli” kafesi Mingəçevir şəhəri, İncilli küçəsi, 25 İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 147.3 3650.0 2 7500 x 18250 25750 2575
4 Alıcqışlaq kənd klubu Xaçmaz rayonu, Alıcqışlaq kəndi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Xaçmaz Regional Mədəniyyət İdarəsi 260.7 296.0 3 4250 x 750 5000 500
5 Yuxarı Aran qəsəbə Mədəniyyət evi Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kürdəmir Regional Mədəniyyət İdarəsi 754.4 3483.0 2 15000 x 5000 20000 2000
6 Milabad qəsəbə Mədəniyyət evi Beyləqan rayonu, Milabad qəsəbəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kürdəmir Regional Mədəniyyət İdarəsi 929.8 2948.0 3 16000 x 5000 21000 2100
7 7/9 saylı mağaza İmişli şəhəri, Xiyabani küçəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 119.3 783.0 x 6750 x 4000 10750 1075
8 Şənlik kənd klubu Ağcabədi rayonu, Şənlik kəndi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Ağcabədi Regional Mədəniyyət İdarəsi 611.9 5737.9 3 20000 x 10000 30000 3000
9 Anbarlar sahəsi Şirvan şəhəri, M.Mirzəyev küçəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 2102.4 2315.6 x 40000 x 10000 50000 5000
10 Çörək mağazası Şəmkir rayonu, Kür qəsəbəsi, Həzi Aslanov küçəsi, 3-cü döngə, bina 4 İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, keçmiş “Azərsutikinti” Konserninin Fəhlə Təchizatı Birliyi 555.8 3055.0 x 17500 x 7500 25000 2500
11 Yeməkxana Balakən rayonu, Mahamalar kəndi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 69.2 x x 2450 x x 2450 245

Son xəbərlər
Digər xəbərlər