-3 C
Baku
Sunday, December 15, 2024

11 ölkədən olan parlamentarilər Kiyevdə səfərdədir

Avropalı deputatlar Ukraynaya səfər edib.

Bu barədə Avropa Parlamentinin üzvü, “Ukrayna Naminə Birlik” qeyri-rəsmi assosiasiyasının sədri Andrius Kubilius Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, 11 ölkədən 35 parlament üzvü Ukraynaya dəstəyini bəyan etmək üçün Kiyevə gəlib.

“Ukraynaya kömək etmək istəyi hamımızı birləşdirir. Biz sizə təşəkkür etmək istəyirik, çünki bu, Ukraynanın müharibəsi deyil, əslində bu bizim müharibəmizdir və ukraynalılar hazırda bütün dünyanın azadlığı uğrunda mübarizə aparırlar”, – Kubilius bildirib.

Ali Radanın spikeri Ruslan Stefançuk deyib ki, Avropa Parlamentinin deputatları Ukraynaya səfəri zamanı Rusiya qüvvələrindən azad edilmiş Kiyevətrafı qəsəbələrə baş çəkəcəklər.

 

 

Son xəbərlər
Digər xəbərlər