“Aqro-Vest” DC MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, ümumi çəkisi 10 940 kq müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
AQTA-dan verilən məlumata əsasən, məhv edilmiş qida məhsulları istehlaka yararsız olub və istifadə müddəti bitib.