22 C
Baku
Tuesday, April 23, 2024

11 yaşlı Aydın şahmat üzrə dünya kubokunun qalibi oldu – Birinci vitse-prezident onu təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə keçirilən dünya çempionatının qalibi Aydın Süleymanlını təbrik edib.

Birinci vitse-prezidentin rəsmi İnstaqram səhifəsində edilən paylaşımda deyilir: “Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”.

©Ted.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər