Amerikada 11 yaşlı Mikeyla Uilmerin inkişaf edən biznesi olan Bee Sweet Lemonade şirkəti sağlam qida mağazalar şəbəkəsi olan Whole Foods-la limonad təchizatı üzrə 1 milyon dollar dəyərində müqaviləyə imza atmışdır. Qızcığaz 55 mağazadan ibarət olan şəbəkəyə üzvi limonatla təmin etməlidir.
Qeyd edək ki, Mikeylanın biznesi təbii meyvə və balın qarışığından ibarət olan limonadlar istehsal etməklə məşğuldur.