Artıq 1100-dən çox sülhməramlı Dağlıq Qarabağda yerləşdirilib.
“RİA Novosti”yə istinadla xəbər verilir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağda humanitar məsələlərin həllinə həsr olunmuş iclasında çıxışı zamanı Müdafiə naziri Sergey Şoyqu deyib.
“Gün ərzində Rusiyadan Qarabağa sülhməramlı kontingetin 25 təyyarə uçuşu həyata keçirilir. Üç sutka ərzində 73 təyyarə uçuşu icra olunub, 1103 hərbi qulluqçu, 1168 ədəd texnika daşınıb”, – deyə müdafiə naziri bildirib.