19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Ümidini Azərbaycana bağlayıb

İsveçrənin qatar istehsalı sahəsində ixtisaslaşmış “Stadler” şirkətinin Belarusdakı nümayəndəliyi Gürcüstan və Azərbaycanda yeni alıcılar axtarır.

Belarus mətbuatına istinadən, “Stadler – Minsk” Rusiyanın “Aeroekspress” şirkətinə sata bilmədiyi 4 qatar üçün iki ölkəni alıcı qismində nəzərdən keçirir.

Şirkətin direktoru Filipp Brunner bildirib ki, Rusiya rublunun dəyərdən düşməsi “Aeroekspress”i sifarişini nəzərə çarpacaq dərəcədə azaltmağa vadar edib: “Aeroekspress”ə 11 ədəd ikimərtəbəli qatar tədarük edilib. Bu, 44 vaqon olmaqla, 4 və 6 vaqon heyətindən ibarət nəqliyyat vasitələridir. Doqquz ədədi Belarusda yığılan qatar Rusiyada artıq sertifikasiyadan keçib. Daha 4 ədədi isə Fanipolda zavodda qalıb. Hazırda onlar üçün alıcı axtarırıq. Ümid edirik ki, qatarlar Azərbaycan və ya Gürcüstanın diqqətini çəkə bilər. Çünki bu ölkələrdə qeyd edilən nəqliyyat vasitələrinin xüsusiyyətlərinə bənzər ikimərtəbəli qatarlar istismar olunur. Bu, ən əlverişli variant ola bilərdi”.

Xatırladaq ki, “Stadler – Minsk” və “Aeroekspress” 2014-cü ildə dəyəri 381 mln. avro həcmində 25 qatarın (118 vaqonluq) alınmasına dair müqavilə imzalayıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər