22 C
Baku
Monday, September 30, 2024

Apple $1 trilyon kapitalizasiyalı ilk şirkət ola bilər

Banker.az xəbər verir ki, RBC Capital analitiklərinin proqnozuna əsasən, Amerikanın nəhəng Apple şirkəti 1 trilyon dollar bazar kapitalizasiyasına çatan və bu göstəricini qoruyan ilk şirkət ola bilər.

 

Şirkətin səhmləri 1 avqust tarixində 2016-2017 maliyyə ilinin üçüncü rübünü əhatə edən maliyyə hesabatının nəşr edilməsindən sonra bahalaşmağa başlayıb. Sözügedən rüb ərzində əldə edilən göstəricilər ekspertlərin göstəricilərini üstələyib.

Belə ki, Apple şirkətinin xalis gəliri keçən il ilə müqayisədə 12%, yəni 8,717 milyard dollara qədər, gəliri isə 7%, yəni 45,408 milyard dollara qədər artıb. RBC Capital analitiklərinin gözləntilərinə görə, bu artım sentyabr ayının ortalarında iPhone 8 smartfonunun buraxılması ilə davam edəcək.

Lakin bununla belə, ekspertlərin proqnozları bir sıra səbəblərdən reallaşmaya da bilər. Bu səbəblərə isə Çinlə ticarətlə bağlı fikir ayrılığının yaşanması, yeni iPhone və onun buraxılması zamanı ilə əlaqəli problemlər daxildir. Bundan əlavə, mobil cihazlar üçün komponentlərin istehsalı üzrə dünyanın ən nəhəng şirkətlərindən biri olan Qualcomm ilə kommersiya mübahisəsi də Apple şirkətinə bu göstəricilərə nail olmaqda mane ola bilər.

Qeyd edək ki, Qualcomm şirkəti Apple-ı öz məhsullarında Intel çiplərindən istifadə üzrə patent hüquqlarını pozmaqda ittiham edir.

Son xəbərlər
Digər xəbərlər