12 C
Baku
Wednesday, December 11, 2024

Son 1 ayda hansı bank doları daha çox ucuzlaşırırb? – Monitorinq

Son 31 gün ərzində Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən  valyuta hərraclarında dolların rəsmi məzənnsi 1,7022 manatdan 1,70008 manata kimi ucuzlaşıb.

Ötən aydan fərqli olaraq, bu ayda dolların həm nağd alış həm də nağd satış qiymətində banklar tərəfindən ucuzlaşdırlıb. Azərbaycan banklaının böyük əksəriyyəti dolların satış məzənnəsini ucuzlaşdırıb. Halbu ki, bu ötən ay fərqli mənzərə idi.

Banker.az maliyyə saytı iyulun 18-i ilə avqustun 18-i müddətinə olan araşdırmasına görə, dolların satış qiymətini ən çox ucuzlaşıran PAŞA Bank-dır. Adıçəkilən bank ABŞ valyutasını bir ay öncə 1,7100 manata satdığı dolları ucuzlaşdıraraq bu gün, 1,7020 manata satır.  “Ziraat Bank(Azərbaycan)” və “AGBank” isə bir ay ərzində ABŞ dolarının satış məzənnəsini sabit saxlayıb.

Araşdırmaya görə, müvafiq dövr ərzində “AFBank” dolların alış məzənnəsini artırıb. Bu Bank, dolları iyulun 18-i 1,6700 manata aldığı halda bu gün bahalaşdıraraq 1,6850 manata qədər artırıb.

Son bir ay ərzində olan araşdırmaya görə, “Amrahbank” dolları nağd şəkildə ən sərfəli məzənnə ilə satan bank seçilib. Belə ki, adıçəkilən bank dolları 1,6980 manat 1,7010 manat aralığında ən aşağı məzənnə ilə sata bank olub.

Untitled

Son xəbərlər
Digər xəbərlər