30 C
Baku
Friday, July 19, 2024

Dəb sənayesi planeti nəyə görə və necə məhv edir?

Dəb sənayesi dünyaya tonlarla pambıq köynəklər, poliester idman kostyumları və sintetik libaslar ilə yanaşı, qlobal istiləşmə, havanın çirklənməsi, tənəffüs yollarının xəstəliklərini də bəxş edir. Müasir materiallar demək olar ki, parçalanmır, onları istehsal etmək üçün isə ətraf mühit üçün zərərli kimyəvi maddələr tələb olunur.

Banker.az saytı bu yazıda dəbin ekologiyaya necə zərər vurduğundan, yaşadığımız planeti necə və nəyə görə məhv etdiyindən bəhs edəcək:

İstehsalatın həddindən artıq sürətli artımı havanın çirklənməsinə səbəb olur:

2000-ci ildən 2014-cü ilə qədər qlobal geyim istehsalı iki qat artıb, satışlar isə 2002-ci ildən 2015-ci ilə qədər 1 trilyon dollardan 1,8 trilyon dollara qədər yüksəlib. Greenpeace Germany-nin proqnozlarına əsasən, 2025-ci ilə qədər dünyada ildə 2,1 trilyon dollarlıq geyim satılacaq.

3ecbca7457b798241ff669d69142186af3899153
© NYU Stern BHR / Flickr Wikimedia Commons

Bütün dünya üzrə insanlar 15 il əvvəl ilə müqayisədə orta hədlə 60% daha çox əşya alır. Köhnə geyinilmiş və yaxud dəbdən düşmüş geyim isə atılır. Bu külli həcmdə tekstil tullantısı deməkdir.

Ətraf mühitin mühafizəsi agentliyinin məlumatlarına görə, ABŞ-da il ərzində lazımsız geyimin 84%-i özünü ya zibillikdə, ya da tullantıların yandırılması zavodunda tapır. Təşkilatın qiymətləndirməsinə görə, bu həcmdə geyim tullantılarının yandırılması 7,3 milyon avtomobil qədər zərərli tullantı ixrac edir.

Müasir materialların dayanıqlığı onların istifadəsində problem yaradır:

Sintetik liflərə olan tələbat ilbəil durmadan artır. 2016-cı ildə geyim istehsalında 21,3 milyon ton poliesterdən istifadə olunub ki, bu da 6 il əvvəl olduğundan demək olar ki, iki dəfə çoxdur. Poliesterdən idman geyimləri, astarlar, geyimlər, şalvar və gödəkçələr istehsal olunur. Bu material aşınmaya davamlıdır, rəngi yaxşı saxlayır, tez quruyur, formanı saxlayır və yüz, hətta min ilə parçalanır.

2227f6d783391e44f4a25186d37be283b6393619
© «ЦДК»

Poliester neft məhsullarının emalı prosesində alınır. İlk olaraq neft və qazdan polimer polistirol əldə edilir. Ondan isə poliefir lif alınır və o soyudulur, toxunur və lazımi sıxlıq əldə olunana qədər dartılır. Bununla məşğul olan tekstil müəssisələri çox sayda təhlükəli tullantı yaradır.

Neft məhsullarının emal edilməsi atmosferə uçucu üzvi birləşmələrin, sərt hissəciklərin və zərərli turşu qazların yayılmasına səbəb olur, məsələn, hidrogen xlorid. Bütün bunlar tənəffüs orqanlarını xəstəliklərini yaradır və daha da sərtləşdirir. Bundan əlavə, poliester istehsalı zamanı istifadə olunan maddələr çirkab sularına qarışır.

1d84b8a53b50a9e28d2eebfc12af88027ed8293a
© Adam Cohn / Flickr

Ekoloqlar istehsalçıları köhnə geyimləri yenidən emal üçün geri götürməyə təşviq etməyə çalışırlar. Lakin verilən məlumatlara görə, xeyriyyə təşkilatlarının yenidən emal üçün topladığı geyimin yalnızca 0,1%-dən yeni əşyalar hazırlanır. Və xeyriyyə təşkilatlarına verilmiş bu yaradılan bu yeni əşyaların beşdə bir hissəsi yeni sahiblərinə çatır.

 

Parçanın məhv edilməsi ətraf mühitin çirklənməsinə gətirib çıxarır:

Təbii liflər də təhlükəsiz deyil. Pambıq, kətan, ipək və yarı sintetik parçalar ağac lifləri əsasında selülozdan hazırlanır: viskoz, lyosell və modal. Bu liflər parçalanan zaman istixana qazı olan metan buraxır. Bu qaz isə iqlimə ölümcül təsir edir.

f98f04f24df1044a377c67818341f50a6a14ab49
© Education Images / Getty Images

Global Methane Initiative könüllü cəmiyyətinin məlumatına görə, hazırda antropogen isinmənin üçdə birindən artıq hissəsi məhz metan tullantılarına görə baş verir. 2020-ci ilə qədər dünya üzrə bu tullantıların həcmi 15% artacaq.

Geyim qida məhsulları qədər sürətlə parçalanmır, hətta təbii materialdan hazırlansa belə. Çünki onlar geyimə çevrilməmişdən əvvəl istehsalat prosesində çox sayda qeyri-təbii prosesdən keçir. Belə ki, onlar ağardılır, rənglənir və kimyəvi vannalarda yuyulur. Nəticədə toksinlər hava və qrunt sularına bulaşır, daha sonra isə insan orqanizminə düşür. Bunlar isə astma, allergiya və onkoloji xəstəliklərin yaranmasına səbəb olur.

Son xəbərlər
Digər xəbərlər