34 C
Baku
Friday, July 12, 2024

“Hərrac Mərkəzi” valyuta hərracları keçirməyəcək

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan “Hərrac Mərkəzi” MMC dövlət qeydiyyatına alınıb və bu yaxınlarda fəaliyyətə başlaması planlaşdırılır.

ABA-dan bildiriblər ki ki, Hərrac Mərkəzinin əsas məqsədi məhkəmə qaydasında və məhkəmə qaydasından kənar ipoteka və digər tip öhdəliklər üzrə girovda olan daşınmaz əmlakların reallaşdırılmasını həyata keçirməkdir. Başqa sözlə, bu mərkəz girovların satılması üçün yaradılmış bir platfomadır.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş istisnalarla girovqoyanın özgəninkiləşdirə bildiyi hər cür əşyalar, qiymətli kağızlar, maddi sərvətlər, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və əmlak hüququ girov qoyula bilər. Bundan əlavə, Hərrac Mərkəzi tərəfindən valyuta hərraclarının keçirilməsi planlaşdırılmır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, “Azericard” MMC ABA-nın üzvüdür.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər