2 C
Baku
Saturday, December 14, 2024

Aparıcı mərkəzi banklar bazarın maliyyələşdirməsinı dayandırır

Dünyanın əsas 5 mərkəzi bankı sayılan FED (ABŞ), ECB (Avropa İttifaqı), BoE (İngiltərə), BoJ (Yaponiya) və SNB (İsveçrə) maliyyə bazarlarının illik qlobal likvidlik ehtiyacının 2 trln. dollarını təmin edir.

“Investinq.ru” saytına istinadən, bu vəsaitin təxminən 90%-i ECB və BoJ tərəfindən ödənilir. Belə bir vəziyyət heç 2008-2009-ci illərin maliyyə böhranı zamanı müşahidə olunmayıb. Mərkəzi banklar elə bir həcmdə qiymətli kağızlar alaraq maliyyə bazarlarını likvidliklə təmin edir ki, sanki qlobal maliyyə böhranının pik nöqtəsidir. Nəticədə 2016-cı ildən etibarən maliyyə bazarları sabitlik qazana bilib.

Qeyd edək ki, mərkəzi bankların monetar ekspanisyası mütləq şəkildə qlobal bazarlarla korrelyasiya təşkil edir. Belə ki, statistikaya əsasən, ABŞ-ın “S&P 500” birja indeksinin artım sürəti, adı çəkilən 5 əsas mərkəzi bankın monetar ekspansiyada intensivlik dərəcəsinin yüksəlməsinə bağlı olaraq dəyişir. Bankların fəaliyyətində hər hansı dayanma halında fond birjaları artımını dayandırır.

Xatırladaq ki, hazırda bu 5 bankın aktivlərinin cəmi 16 trln. dollara yaxınlaşır və bu, 2008-ci ildə maliyyə böhranı başladığı dövrlə müqayisədə 4,5 dəfə çoxdur. ECB-nin aktivləri 5 trln. dollar həddini aşıb, FED və BoJ üzrə isə 4,5 trln. dollara yaxındır.

Bu ilin sonunda ECB və BoE-nin monetar ekspansiya proqramı sona çatır. FED isə 2014-cü ildə prosesi sona çatdırıb. Bu il FED-in aktivlərini azaltmağa başlaması gözlənilir. Həmçinin FED-in cari ilin VI rübündə 500 mlrd. dollar həcmində istiqraz yerləşdirəcəyi bildirilir. Nəticədə fond birjalarında 15%-ə yaxın azalma, dolların məzənnəsində isə kəskin artım müşahidə oluna bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər