30 C
Baku
Thursday, July 25, 2024

Almaniyada rekord həcmdə büdcə profisiti yaranıb

Almaniyada ölkənin birləşməsindən bu günədək rekord həcmdə büdcə profisiti qeydə alınıb.

Yerli “Deutsche Welle” beynəlxalq ictimai teleradio şirkətinə istinadən, buna səbəb güclü iqtisadi artım və əmək bazarında əlverişli vəziyyət səbəb olub. Belə ki, Visbadendə yerləşən Federal Statistika İdarəsinin məlumatına görə, bu ilin ilk yarısında Almaniyanın büdcə profisiti 18,3 mlrd. avro təşkil edib. Bundan əvvəl ən yüksək profisit 2000-ci ildə 28,8 mlrd. avro həcmində qeydə alınsa da, o zaman belə böyük məbləğin yaranmasına səbəbin “UMTS” mobil rabitə xidmətinin lisenziya satışından əldə olunan gəlir olduğu bildirilir.

İqtisadçılar Almaniya iqtisadiyyatının bundan sonra da sürətli artım göstərəcəyini proqnozlaşdırırlar. Buna səbəb kimi istehlakçıların müsbət əhval ruhiyyəsi və artan investisiyalar göstərilir. Qeyd edək ki, Almaniya iqtisadiyyatı bu ilin II rübündə rüblük müqayisədə 0,6% artım göstərib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər